Press "Enter" to skip to content

TürkPA adını dəyişir, logosunu yeniləyir

Mehmet Süreyya Er və Talant Mamıtov

Bayraqdar.info – Qırğızıstan Cogorku Keneşinin Başqanı Talant Mamıtov, iyunun 23-də bu ölkədə səfərdə olan Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) Baş katibi Mehmet Süreyya Eri qəbul edib.

Xəbəri Qırğızıstanın Kabar Agentliyi yayıb.

Cogorku Keneşin Mətbuat xidməti ali qonağın TürkPA XI toplantısı üçün qardaş ölkəyə gəldiyini bildirib. Görüş zamanı tərəflər toplantıyla bağlı müzakirələr aparıblar.

T.Mamıtov TürkPA XI toplantısında qurumun adının dəyişdirilməsi və yeni logosunun təsdiq edilməsi məsələlərinə toxunub. Söhbət zamanı türk dövlətləri arasındakı ilişkilərin gücləndirilməsi və TürkPA içində parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi mövzuları müzakirə edilib.

Mehmet Süreyya Er Çolpon-Atada keçiriləcək olan TürkPA etkinliklərinin hazırlıqlarını, qurumun fəaliyyətlərini və dörd komissiyanın gerçəkləşdirdiyi işləri diqqətə çatdırıb. O, həmçinin yüksək qonaqpərvərliyə görə T.Mamıtova təşəkkür edib.

Qeyd edək ki, TürkPA-nın XI ümumi toplantısı iyunun 24-də Qırğızıstanın İssık-Köl bölgəsində, Çolpon-Ata şəhərində öz işinə başlayıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.