Press "Enter" to skip to content

Türkiyə hər zaman KKTC-nin yanındadır

Fuat Oktay və Ersin Tatar

Son yeniləmə: 24 İyun 2022 09:33

Bayraqdar.info – Türkiyənin vitse-prezidenti Fuat Oktay Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edib. F.Oktay səfər zamanı başda Cümhurbaşqanı Ersin Tatar olmaqla KKTC-nin bır sıra rəsmiləri ilə görüşlər keçirib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, ilk olaraq E.Tatarla görüş olub. Görüşdən sonra verilən açıqlamada KKTC Cümhurbaşqanı Kıbrısda daimi sülhün əldə edilməsi üçün şərtlərin dəyişmədiyini deyib. O, Kıbrısda suveren bırabərlik əsasında iki dövlətli həll yolu üçün prosesin davam etdiriləcəyini bildirib.

F.Oktay isə E.Tatarla “son dərəcə məhsuldar” görüş keçirdiklərini, təkbətək və nümayəndə heyətləri ilə birlikdə keçirilən görüşlərdə ortaq gündəm məsələləri ilə bağlı qiymətləndirmələr apardıqlarını bildirib.

F.Oktay, “KKTC-nin inkişafı, Doğu Akdeniz dənizi və Maraş açılımı başda olmaqla, milli davamız olan Kıbrıs məsələsi ilə bağlı son hadisələri müzakirə etdik. Qarşıdakı dövrdə konsensus və məqsəd birliyi ilə atacağımız addımları yenidən birlikdə dəyərləndirdik” deyib. O, hımçinin Türkiyənin hər zaman KKTC-nin yanında olduğunu bildirib.

F.Oktayın KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel ilə görüşləri də məhsuldar keçib.

Mission News Theme by Compete Themes.