Press "Enter" to skip to content

Rumıniyadan KOB sahəsində görülən işlərə maraq

İclas zamanı

Son yeniləmə: 24 İyun 2022 11:05

Bayraqdar.info – Xəbər verdiyimiz kimi iyunun 23-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

Altıncı iclasda mühüm məsələlər müzakirə edilib

İclasda digər məsələlərlə yanaşı, iki ölkə arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə edilib.

Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkiaşafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialı diqqətə çatdırıb. O, Agentliyin KOB evi və KOB inkişaf mərkəzləri ilə bağlı müsbət təcrübəsini Rumıniya ilə bölüşməyə hazır olduğunu qeyd edib.

Vurğulanıb ki, iki ölkənin biznes şəbəkələri arasında tərəfdaşlığın gücləndirilməsinə ehtiyac var və qarşılıqlı səfərlər bu baxımdan faydalı olacaqdır “KOB-lar arasında əməkdaşlıq üçün birgə biznes platformanın yaradılması üzərində də iş aparıla bilər. Bu, hər iki ölkənin biznesləri arasında sıx və birbaşa əlaqə yaratmağa imkan verəcəkdir”.

Mission News Theme by Compete Themes.