Bayraqdar.info – İyunun 24-də qardaş Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası (BTA) Elmi Şurasının növbəti V iclasında Özbəkistan qurumda rəsmi müşahidəçi statusu alıb.
Xəbəri BTA-dan veriblər.
Bununla əlaqədar BTA-nın binası qarşısında Özbəkistanın dövlət bayrağının təntənəli yüksəldilməsi mərasimi keçirilib.
Xəbərdə deyilir ki, tədbirdə Akademiyanın rəhbərliyi, təşkilata üzv ölkələrin təhsil nazirləri, Qazaxıstan Xarici İşlər Nazirliyinin təmsilçiləri, səfirlər, dövlət və ictimai xadimlər, tanınmış alim və türkoloqlar, media nümayəndələri iştirak edib.
BTA qeyd edir ki, 2019-cu ildə Türk Dövlətləri Təşkilatının (o vaxtkı adı Türk Keneşi – BM) Bakıda keçirilən 8-ci Zirvə Görüşündə Özbəkistan Təşkilatın tamhüquqlu üzvü kimi qəbul edilib. Bundan sonra Özbəkistan tərəfi BTA-da müşahidəçi dövlət statusunun alınması üçün rəsmi ərizə təqdim edib. Akademiyada müşahidəçi statusu alan ilk ölkə isə Macarıstan olub.