Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində tibbi maska ilə bağlı yeni qərar qəbul edilib. Bununla bağlı məlumatda bildirilir ki, KKTC-nin Səhiyyə Nazirliyi Yolxucu xəstəliklər komitəsi qapalı və insanların çox olduğu yerlərdə tibbi maska taxmağın mıəcburi olmasına dair qərar qəbul edib.
Məlumata əsasən qaydaların sərtləşdirilməsinə səbəb son vaxtlar KKTC COVID-19 yoluxanların sayınınn sürətlə artmasıdır.
Qərara əsaəsn virus simptomları olanlar maska taxacaq və antigen testi verəcəklər. Antigen testi müsbət olarsa, PCR testi aparılacaq.
Antigen testlərinin mənfi olmasına baxmayaraq, ciddi simptomları olan insanlar həkimin istəyi ilə PCR testi verəcəklər.