Press "Enter" to skip to content

Fuat Oktay KKTC-dəki yanğın yerlərinə baş çəkib

Son yeniləmə: 24 İyun 2022 10:35

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Türkiyənin vitse-prezidenti Fuat Oktay Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edib. Səfər zamanı bır sıra görüşlər keçirən vitse-prezident eyni zamanda KKTC meşə yanğınlarının baş verdiyi ərazilərə baş çəkib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə Cümhurbaşqanı Ersin Tatar və Türkiyənin vitse-prezidenti Fuat Oktay Mersinlik bölgəsindəki Yanğın Böhran Mərkəzində olublar. Orada keçirilən birgə mətbuat konfransıda E.Tatar öncə F.Oktaya təşəkkür edib.

E.Tatar deyib ki, Mərkəzə gəlrəkən helekopterlə yanğın davam edən ərazilərə baxış keçiriblər. O, güclü külək səbəbi ilə yanğının böyük bir ərazini əhatə etdiyini vurğulayıb. Qeyd edilib ki, yanğının söndürülməsi üçün bütün güclər səfərbər edilib.

F.Oktay isə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın KKTC-dəki yanğınla bağlı mütəmadi olaraq məlumat aldığını deyib. O, R.T.Erdoğanın yanğınların söndürülməsində KKTC-yə lazım olan dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstəriş verdiyini də bildirib.

Mission News Theme by Compete Themes.