Son yeniləmə: 24 İyun 2022 21:00
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, iyunun 24-də qardaş Qırğızıstanın İssık-Köl bölgəsində, Çolpon-Ata-da TürkPA-nın ümumi toplantısı keçirilir. Onu da xəbər vermişdik ki, bu toplantıda qurumun adının dəyişdirilməsi nəzərdə tutulur.
Tədbirin keçirildiyi məkanda olan həmkarımız, bayraqdar.info-nun media tərəfdaşı Golden Bridge News-un təmsilçisi Ramiz Məşədihəsənlinin az öncə verdiyi xəbərə görə, artıq bu ad dəyişikliyi rəsmiləşdirilib. Bundan sonra TürkPA Türk Dövlətləri Parlament Assambleyası adlanacaq.
Qeyd edək ki, buna qədər qurumun tam adı Türkdilli Ölkələrin Parlament Assambleyası idi.
Günortadan sonra qurumun logosu ilə bağlə dəyişiklik də müzakirə ediləcək.
[…] Bundan sonra Türk Dövlətləri Parlament Assambleyası […]