Press "Enter" to skip to content

BMT-də daha bir uğur

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 24 İyun 2022 09:30

Bayraqdar.info – İyunun 23-də Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.

Bu barədə bayraqdar.info-ya iyunun 24-də Xarici İşlər Nazirliyinin Məbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, 187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib: “Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi BMT-nin müvafiq konvensiyasının müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir”.

Mission News Theme by Compete Themes.