Son yeniləmə: 24 İyun 2022 10:32
Bayraqdar.info – İyunun 23-də 7 saylı Bakı “ASAN xidmət” mərkəzində dövlət qulluqçularının andiçmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya ASAN xidmətdən məlumat verilib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, rəsmilər əməkdaşlara təbriklərini çatdırıb, daim dövlətçiliyə, Vətənə sadiq qalmağın önəmini vurğulayıblar. Həmçinin bu məqsədə nail olunması istiqamətində dövlət qulluqçularına uğurlar arzulayıblar: “Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində inzibati vəzifələr üzrə sınaq müddətini uğurla başa vuran, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 94 dövlət qulluqçusu and içib”.