Press "Enter" to skip to content

YTB başqanından Diasporla İş üzrə Dövlət Komitəsinə təbrik

Abdullah Eren

Son yeniləmə: 23 İyun 2022 12:29

Bayraqdar.info – Qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) başqanı Abdullah Eren yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini (DİDK) təbrik edib.

DİDK-dən bayraqdar.info-ya iyunun 23-də verilən məlumata görə, A.Eren iki ölkənin diaspor qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu bildirərək, bunun təməlində prezidentlər Recep Tayyip Erdoğan və İlham Əliyev arasındakı dostluq, qardaşlıq və qarşılıqlı etimadın durduğunu vurğulayıb.

YTB rəhbəri qarşılıqlı əməkdaşlığın Şuşa Bəyannaməsinə və “Bir millət, iki dövlət, tək diaspor” fəlsəfəsinə uyğun olaraq davam etdiriləcəyini bildirib. “Yaradılmasının 20 illiyi münasibətilə dəyərli dostum Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsində çalışan hər kəsi təbrik edirəm” – deyə o qeyd edib.

Mission News Theme by Compete Themes.