Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində görüş

Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Qərbi və Mərkəzi Asiya Departamentinin sosial sektor bölməsinin direktoru xanım Rie Hiraoka ilə görüş

Bayraqdar.info – İyunun 23-də Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Qərbi və Mərkəzi Asiya Departamentinin sosial sektor bölməsinin direktoru xanım Rie Hiraoka ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xatırladıb ki, ölkəmiz 1999-cu ildən etibarən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir: “Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlaqələr çoxşaxəlidir. Eyni zamanda, birgə regional əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir”.

Məlumata əsasən COVID-19 pandemiyası mövzusuna toxunan səhiyyə naziri Asiya İnkişaf Bankı tərəfindən ölkəmizə yeni növ koronavirus infeksiyasının mənfi təsirinin azaldılması məqsədilə texniki yardımın ayırmasını vurğulayaraq, yardıma və dəstəyə görə minnətdarlığını bildirib: “Teymur Mustafayev çıxışının sonunda gələcək əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib”.

Mission News Theme by Compete Themes.