Press "Enter" to skip to content

Prezident Rumıniya heyətilə geniş müzakirə aparıb

Rumıniya heyətilə görüşdən görüntü

Bayraqdar.info – İyunun 23-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

“Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olundu”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, “söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edildi və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparıldı”.

Mətbuat xidməti onu da xəbər verir ki, iyunun 23-də Prezident İ.Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu da qəbul edib.

Mission News Theme by Compete Themes.