Press "Enter" to skip to content

MEK əməkdaşları Ankarada

YTB-də görüş

Son yeniləmə: 23 İyun 2022 18:09

Bayraqdar.info – AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Züriyə Qarayeva Türkiyədə ezamiyyətdə olublar.

Bu barədə bayradar.info-ya iyunun 23-də MEK-dən məlumat verilib.

Bildirilib ki, kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə reallaşdırılan səfər çərçivəsində Türkiyənin Qazi Universitetinin Xarici əlaqələr üzrə prorektoru İhsan Kalenderoğlu ilə görüş keçirilib: “Məmməd Əliyev MEK-in yaranma tarixi, fəaliyyəti, həyata keçirdiyi layihə və təşəbbüslər, o cümlədən beynəlxalq əlaqələri haqqında məlumat verib. Görüşdə əməkdaşlığın perspektivləri müəyyənləşib, MEK tərəfindən universitetə Şuşa ilə əlaqədar kompozisiya və kitab təqdim olunub”.

Məlumata əsasən sSəfər çərçivəsində MEK-in əməkdaşları Ankara Prezident Kitabxanası (Cümhurbaşkanlığı Külliyyesi Millet Kütüphanesi) və Qazi Universitetinin Mərkəzi Kitabxanası ilə yaxından tanış olublar: “Sözügedən kitabxanaların direktorları Nur Uzun və Ayhan Tuğlu rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti haqqında ətraflı məlumat verib, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanlarından danışıblar. Birgə əməkdaşlığın faydalı olacağı və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyi bildirilib. Daha sonra kitab mübadiləsi haqqında razılıq əldə olunub”.

MEK-in əməkdaşları Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları İdarəsini (YTB) ziyarət edib, iş birliyinin əsası qoyulub. Eyni zamanda, Türkiyədə yaşayan azərbaycanlı professor Əli Əsgərin həmmüəllif olduğu “Düşüncə tarixi” kitabı Mərkəzi Elmi Kitabxananın fonduna hədiyyə edilib.

Mission News Theme by Compete Themes.