Press "Enter" to skip to content

Gənclərin məşğulluğu və sahibkarlığı üzrə yeni layihə

Aİ nümayəndələri ilə görüş

Son yeniləmə: 23 İyun 2022 12:25

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramının (EU4Youth) Faza III layihəsinin təqdimatı ilə bağlı Aİ nümayəndələri ilə görüş olub.

Bu barədə bayarqdar.info-ya iyunun 23-də ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə ildən-ilə genişlənən aktiv məşğulluq proqramları barədə məlumat verib: “O, həmin proqramların hədəflərindən birinin gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olduğunu vurğulayaraq Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramın da bu sahədə əhəmiyyətini qeyd edib”.

Məlumata əsasən layihə rəhbəri Thomas Hainlen proqramla bağlı fikirlərini diqqətə çatdırıb. Görüşdə proqramın Faza III layihəsinin təqdimatı və ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.