Bayraqdar.info – Energetika Nazirliyində “23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü”münasibətilə tədbir keçirilib.
Bu barədə bayraqdar.info-ya iyunun 23-də Nazirlikdən məlumat verilib.
Bildirilib ki, energetika nazirinin müavini Elnur Soltanov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb: “Ümummilli lider Heydər Əliyevinsiyasi və idarəçilik fəaliyyətinin, həmçinin dövlət idarəçiliyi sistemində həyata keçirdiyi islahatların ölkəmizin inkişafındamütərəqqi rolu vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğusahəsindəki islahatlarınuğurla davam etdirildiyi, dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsi vəqarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmək məqsədilə onların sosial müdafiəsinin yaxşılaşdırılmasınındövlət başçısının daim diqqət göstərdiyi məsələlərdən biri olduğu qeyd edilib”.
Daha sonra Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov çıxış ediblər. Natiqlər dövlət qulluqçularının dövlətçiliyimizin möhkəmlənməsi və inkişafınaverdikləri töhfələrdən danışıblar: “Çıxışlarda dövlət qulluğu sahəsində mövcud qanunvericiliklə nəzərdə tutulmuş vacib meyarların hər zaman rəhbər tutulmasının zəruriliyi diqqətə çatdırılıb. Tədbirdə Nazirlik və tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində qulluq keçən dövlət qulluqçuları iştirak ediblər”.