Press "Enter" to skip to content

Azərbaycanla təhdidlə danışmaq həddiniz deyil

Ermənistanın işğalı altındakı məscid

Bayraqdar.info – İyunun 22-də Bakıda bir qrup “dindar” Prezident Sarayı qarşısında “etiraz aksiyası” keçirib. “Aksiya iştirakçıları” “Allahı təhqir edənlər cəzalandırılsın. Bizim tək istəyimiz budur. 3 həftədir ki, hər gün qəbula gedirik, bəyanatlarımıza, ərizələrimizə baxmırlar, heç bir cavab verilmir. Onlar cəzasız qalmamalıdır” şüarları səsləndiriblər.

Xəbəri bayraqdar.info-ya Bütöv Azərbaycan Ocaqlarının Mətbuat xidmətindən veriblər.

“Azərbaycan ərazisi 30 il işğalda olanda, bir milyon şiə didərgin salınanda, 30 min şiə qətlə yetiriləndə, qız uşaqlarına, qadınlara təcavüz ediləndə, məscidlər işğalçılar tərəfindən tövləyə çevriləndə səsləri çıxmayan bu “dindarlar” harada idilər? Nökəri olduqları şovinist fars rejimindən cihad elan etməyi tələb etdilərmi, bu məsələ ilə bağlı hər hansı bəyanat verdilərmi”, – deyə BAO-nun xəbərində sorğulanır.

Daha sonra qeyd edilir ki, “əslində, indi özlərini Allah, din, şiə təəssübkeşi kimi göstərənlərin əsl niyyəti nə Allah, nə din, nə də məzhəbdaşlarıdır. Onların əsl niyyəti Azərbaycanda (o cümlədən digər ölkələrdə) öz çirkin niyyətlərini həyata keçirərək siyasi sabitliyi pozmaq, məzhəblərarası təfriqə salmaqdır”.

“Şovinist fars rejiminə nökərçilik edənlər! Özünüzə gəlin, həddinizi bilin! Bütöv Azərbaycanda yaşayan hər kəsin, o cümlədən dünya azərbaycanlılarının Vətəni olan Azərbaycan dövləti ilə təhdidlə, şantajla danışmaq sizin həddiniz deyil. Bütöv Azərbaycanda yaşayan hər kəs sizin əsl simanızı çox gözəl tanıyır.” Bu sözlər də BAO-nun yaydığı xəbərdəndir.

BAO xəbərə əlavə olaraq Ermənistanın işğalı dövründə donuz tövləsinə çevrilmiş Ağdam məscidinin şəkillərini də paylaşaraq bu “din təəssübkeşləri”nə aldananları ayıltmağa çalışır.

Mission News Theme by Compete Themes.