Son yeniləmə: 23 İyun 2022 15:32
Bayraqdar.info – Avropa İttifaqına üzv ölkələrin liderləri yenidən Brüsseldə toplanıb. Bu toplantını diqqət mərkəzinə gətirən isə orada qəbul edilən qərardır.
Kırım Haber Ajansının məlumatına görə, Avropa Parlamentinin iclasında Ukrayna və Moldovaya “üzvlüyə namizəd ölkə” statusu verilməsi məsələsi müzakirə edilib. Müzakirələr hər iki ölkəyə bu statusun verilməsinə dair qərarın qəbulu ilə yekunlaşıb.
Bunu dəyərləndirən Ukraynanın millət vəkili Rüstem Umerov “Aİ üzvlüyünə daha bir addım yaxınlaşdıq”, – deyib. O, bu barədə sosial media hesabından açıqlama yayıb.
Onu da qeyd edək ki, bu qərar Gürcüstana şamil edilməyib. Liderlər Gürcüstanla bağlı məsələnin başqa bir vaxtda müzakirə ediləcəyini bildiriblər.