Press "Enter" to skip to content

Vətəndaş cəmiyyəti təşkilatları üçün təlimat kitabçaları

Son yeniləmə: 22 İyun 2022 11:40

Bayraqdar.info – BMT-nin İnkişaf Proqramı (BMTİP) vətəndaş cəmiyyəti təşkilatlarını (VCT) daha inklüziv və genderə həssas layihələrin hazırlanması və həyata keçirilməsinə istiqamətləndirmək məqsədilə bir sıra təlimat kitabçaları (bələdçi) hazırlayıb.

Bu barədə bayraqdar.info-ya iyunun 22-də BMTİP-in Azərbaycan ofisindən məlumat verilib.

Bildirilib ki, kitabçalar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib: “Kitabçalar üç sahəni əhatə edir: icma əsaslı layihələrdə inklüziv iştirakın gücləndirilməsi, genderə həssas layihələrin hazırlanması və gender məsələlərininsiyasətlərin hazırlanması prosesinə inteqrasiyası. Təlimatlar gender və icma inkişafı üzrə əsas konsepsiyaları izah edir, gender təhlili üçün metodologiyaları, həmçinin icmanın iştirakı və konsensusun qurulması üçün müxtəlif üsulları təklif edir”.

Qeyd edilib ki, bələdçi kitabçaları, layihə tərəfindən təşkil edilən intensiv proqramın bir hissəsi olaraq hazırlanıb və bugünə qədər təşkil ediləntəlim və vebinarların davamı olaraq təqdim edilir: “Məqsəd dayanıqlı inkişaf problemlərini daha effektiv şəkildə həll etmək üçün VCT-lərin potensialını artırmaqdır. Sözügedən kitabçalar, planlaşdırıldığı üzrəlayihənin elan etdiyi iki Kiçik Qrant Proqramı müddətində istifadəyə verilir. Belə ki, layihə gender bərabərliyi, iqlim dəyişikliyi və COVID-dən sonrakı bərpa mövzuları üzrə 37-yə qədər VCT-nin rəhbərlik etdiyi ən yaxşı təşəbbüsləri mükafatlandırmağı planlaşdırır. Qrant proqramınınümumi büdcəsi təxminən 1 milyon ABŞ dolları təşkil edir”.

Məlumata əsasən müraciət etmək üçün təşkilatlar 24 iyun 2022-ci il tarixinədək bu keçiddə tələb olunan sənədləri təqdim etməlidirlər.

Mission News Theme by Compete Themes.