Press "Enter" to skip to content

Qasım bulağı bərpa olunub

Son yeniləmə: 22 İyun 2022 17:44

Bayraqdar.info – İyunun 23-də İsmayıllı rayonu, Sulut kəndində bərpadan sonra Qasım bulağının açılışı keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Qeyd edilib ki, İsmayıllı rayonunun Sulut kəndində yerləşən yeni aşkar edilmiş abidə Dövlət Xidməti tərəfindən qeydə alınan kimi bərpa işlərinə başlanılıb. Artıq bərpa işləri yekunlaşıb.

O da vurğuanıb ki, Qasım bulağı kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin bərpası kənd sakinin şəxsi vəsaiti hesabına həyata keçirilib. Tarixi abidə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC tərəfindən hazırlanan layihə əsasında bərpa olunub.

Mission News Theme by Compete Themes.