Son yeniləmə: 22 İyun 2022 13:59
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlamenti iyunun 23-də növbədənkənar iclas keçirəcək.
Bu barədə məlumatda qeyd edilir ki, Cümhuriyyət Məclisinin iclası yerli vaxtla saat 10:30-da başlayacaq.
İclasda KKTC və Türkiyə hökumətləri arasında E-Dövlət xidmətlərinin reallaşdırılmasına dair əməkdaşlıq sazişinin səsə qoyulması, Seçki və xalq səsverməsi qanunda ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.