Son yeniləmə: 22 İyun 2022 14:14
Bayraqdar.info – İyunun 29-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçirəcək.
Bu barədə bayraqdar.info-ya iyunun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Qeyd edilib ki, təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov “Marketinq nədir; Brend anlayışı və onun marketinqdə əhəmiyyəti”, “Marketinqin kommunikasiya əməliyyatları”, “Satış və onun təşkili prosesi”, “B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri” və s. mövzularında məruzə edəcək.
Məlumata əsasən təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlamaq və ya bu elektron poçt ünvanına müraciət etmək lazımdır. Təlim ödənişsizdir.