Son yeniləmə: 22 İyun 2022 09:57
Bayraqdar.info – İyunun 24-də Azərbaycan üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə bayraqdar.info-ya iyunun 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Xatırladaq ki, respublika üzrə iyun ayının pensiyaları iyunun 14-də tam ödənilərək yekunlaşdırılıb.