Press "Enter" to skip to content

İşçi qrupunun üzvləri “ASK Şüşə” MMC-də olublar

İşçi qrupunun üzvləri “ASK Şüşə” MMC-nin mövcud vəziyyəti ilə tanış olublar

Son yeniləmə: 22 İyun 2022 09:20

Bayraqdar.info – Özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun üzvləri “ASK Şüşə” MMC-nin mövcud vəziyyəti ilə tanış olublar.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, ilk olaraq İşçi qrupunun üzvləri, müəssisənin rəhbər şəxsləri və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə müəssisənin cari fəaliyyəti, müəssisənin sağlamlaşdırılması imkanları, texnoloji prosesin səmərəliliyinin artırılması və digər məsələlər müzakirə edilib: “Sonra İşçi qrupununüzvləri adıçəkilən müəssisənin BakınınQaradağ və Binəqədi rayonlarında yerləşən istehsal sahələrinin ərazisinə baxış keçirib, xammal qəbulu sahəsində, şüşə tara istehsalı sexlərində, hazır məhsul anbarlarında olublar”.

Baxış zamanı “ASK Şüşə” MMC-nin avadanlıq və qurğularının faktiki vəziyyəti, özəlləşdirilmə perspektivləri, istehsal sahələrinintexnoloji bağlılığı və istehsal olunan məhsullar barədəməlumat verilib: “Qrup üzvlərinə qeyd olunan müəssisələrin restrukturizasiyası ilə bağlı təkliflərinin növbəti iclasadək təqdim edilməsitövsiyə olunub”.

Mission News Theme by Compete Themes.