Press "Enter" to skip to content

İlham Əliyevin Özbəkistana səfəri uğurla başa çatıb

Ürgenc hava limanında qarşılanma

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistana səfərinin ikinci günü də zəngin olub.

Bununla bağlı Prezidentin mətbuat xidməti iyunun 22-də məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə başçısı Özbəkistanın Ürgənc şəhərinə gəlib: “Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşıladı”.

Bundan sonra İ.Əliyev və Ş.Mirziyoyev Xivə şəhərindəki İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olub.

İçan-Qala Muzeyi
İçan-Qala Muzeyi

Həmin gün prezidentlər Xivədəki “Nurullaboy” saray kompleksi ilə də tanış olublar.

“Nurullaboy” saray kompleksi ilə tanışlıq
“Nurullaboy” saray kompleksi ilə tanışlıq

Sonda Özbəkistan Prezidenti Ş.Mirziyoyev Azərbaycan Prezidenti İ.Əliyevin şərəfinə qəbul təşkil edib. Qəbulda konsert proqramı təqdim olunub. Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Fəxri qəbuldan xatirə şəkli
Fəxri qəbuldan xatirə şəkli

Azərbaycan Prezidenti İ.Əliyevin Özbəkistana dövlət səfəri iyunun 22-də başa çatıb. Yüksək qonağı Ürgənc hava limanından Özbəkistan Prezidenti Ş.Mirziyoyev şəxsən yola salıb.

Yüksək qonağın yola salınması
Yüksək qonağın yola salınması

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.