Press "Enter" to skip to content

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış

Müdafiə Nazirliyi

Son yeniləmə: 22 İyun 2022 18:12

Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə bayraqdar.info-ya iyunun 22-də Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Toplanışda hərbi hissələrdə hüquq hazırlığının təşkili, hərbi qulluqçuların və vətəndaşların müraciətlərinə baxılması, hərbi intizamın möhkəmləndirilməsi işinin əsas aspektləri və digər mövzular üzrə məruzələr dinlənilib”.

Məlumatda o da qeyd edilib ki, təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd iştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsidir.

Mission News Theme by Compete Themes.