Press "Enter" to skip to content

Fuad Muradov Naxman Şayla ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 22 İyun 2022 12:08

Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun İsrailə səfəri davam edir. Səfər çərçivəsində onun İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla görüşü keçirilib.

Bu barədə bayraqdar.info-ya iyunun 22-də DİDK-dən məlumat verilib.

Bildirilib ki, görüşdə DİDK-nın və Diaspor İşləri üzrə Nazirliyin fəaliyyət istqamətləri, müxtəlif proqram və layihələr barədə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb: “Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib. Ölkəmizdən dünyanın müxtəlif dövlətlərinə köçmüş yəhudilərin həm də Azərbaycan icması olaraq birgə layihələrə cəlb edilməsi istiqamətində addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb”.

Məlumata əsasən görüşdə Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqları, Vətən müharibəsi və post-müharibə dövründə İsrailin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi, xalqlarımızın dostluq əlaqələrinin tarixi ənənələrə malik olması məmnunluqla vurğulanıb.

Görüşün sonunda DİDK sədri israilli həmkarını Azərbaycana səfərə dəvət edib.

Mission News Theme by Compete Themes.