Press "Enter" to skip to content

Bu dəfə 12 dövlət əmlakı özəlləşdirilib

Son yeniləmə: 22 İyun 2022 09:01

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 21-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt və 11 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, özəlləşdirilən obyekt Yevlax şəhərində yerləşən 14 saylı yeməkxanadır. Əmlakın ümumi faydalı sahəsi 95.2 kvadratmetrdir.

Qeyd edilib ki, satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.

Məlumatda o da bildirilib ki, iyunda növbəti hərrac iyunun 28-də keçiriləcək: “Hərraca 7 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq”.

Mission News Theme by Compete Themes.