Son yeniləmə: 22 İyun 2022 14:25
Bayraqdar.info – Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir. Belə ki, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Bu qələbəsinə görə məktəbli qızıl medalla təltif olunub.
Bu barədə bayraqdar.info-ya iyunun 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhim Rəhimli Türkiyədə boks idman növü üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub: “Məktəbli bu uğuruna görə qızıl medal, diplom və kuboka layiq görülüb”.
27 nömrəli tam orta məktəbin VII sinif şagirdi Tamerlan Yaqubov Xorvatiyada keçirilən “Croatia Open” beynəlxalq turnirində taekvondo idman növü üzrə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb: “Bu qələbəsinə görə məktəbli qızıl medalla mükafatlandırılıb”.