Bayraqdar.info – İyunun 20-si axşam saatlarında Təbrizdə bir qrup Güney Azərbaycanlı milli mədəni fəal Azərbaycan türk millətinin əsas şüarları olan “Azadlıq, ədalət, milli hökumət” şüarı və Azərbaycanlı siyasi məhbusların şəkillərinin yer aldığı posterlər hazırlayıb, şəhərin divarlarına yapışdırmaqla onlara azadlıq tələb ediblər.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
8 güneyli siyasi məhbusun şəkillərinin əks olunduğu posterlərdə Azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı və Azərbaycan türk millətinin əsas şüarı olan “Azadlıq, ədalət, milli hökumət” sözləri yazılıb.