Press "Enter" to skip to content

Fuad Muradov İsrail Knessetində

Son yeniləmə: 21 İyun 2022 12:58

Bayraqdar.info – İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən iyunun 21-də bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, görüşlər İsrail Knessetində baş tutub: “Görüşlərdə İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim məsələləri və irsi üzrə, eləcə də mənzil və tikinti üzrə nazir Elkin Zeev, Elina Bordaç Yalovanın rəhbərlik etdiyi İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, “İsrail Bizim Evimiz” partiyasının baş direktoru İnna Zilberqerts, Akko şəhər merinin birinci müavini, Yəhudi Milli Fondunun törəmə təşkilatı olan “Neimanuta” şirkətinin rəhbəri Zeev Noymann iştirak ediblər”.

Məlumata əsasən görüşlərdə Azərbaycan diasporunun İsraildə fəaliyyəti, Azərbaycan-İsrail əməkdaşlığı, Qarabağın bərpa-quruculuq prosesinə investisiyaların cəlb olunması üçün səylər və imkanlar, gələcək layihələr müzakirə olunub: “Ölkəmizdən köçmüş yəhudilərin Azərbaycanla bağlı xoş təəssüratlarının İsraildə vətənimizin multikultural və tolerantlıq dəyərləri haqqında çox müsbət rəy yaratdığı diqqətə çatdırılıb”.

Mission News Theme by Compete Themes.