Press "Enter" to skip to content

Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub – VİDEO

Prezidentlər açılış mərasimində

Son yeniləmə: 21 İyun 2022 20:46

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin rəsmi dəvəti ilə iyunun 21-də bu ölkəyə iki günlük dövlət səfərinə gedib.

Prezident İlham Əliyev qardaş Özbəkistandadır

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin verdiyi xəbərə görə, səfərin ilk saatlarında iki ölkə prezidenti Daşkənddə Heydər Əliyev Meydanının açılışını gerçəkləşdirib.

Mərasimdən görüntü
Mərasimdən görüntü

“Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

“Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

“Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq”, – deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, iki ölkə prezidenti açılışdan öncə çıxış edib, sonra açılış gerçəkləşdirilib və onlar abidə önünə gül dəstələri qoyublar.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.