Son yeniləmə: 21 İyun 2022 09:27
Bayraqdar.info – Azərbaycanla Özbəkistan arasında əlaqələr genişlənir. Bu arada iki ölkə arasında biznesə hüquqi dəstək sahəsində təcrübə mübadiləsi müzakirə edilib.
Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Özbəkistanda səfərdə olan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Özbəkistan Prezidentinin yanında Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil D.S.Kasımov ilə görüşüb.
Görüşdə biznesə hüquqi dəstək mexanizmləri və bu sahədə təcrübə mübadiləsi imkanları müzakirə edilib.