Press "Enter" to skip to content

5 ayda 280 mindən çox e-arayış

Son yeniləmə: 21 İyun 2022 10:18

Bayraqdar.info – 2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə vətəndaşlara 28 min 110 elektron arayış verilib.

Bu barədə bayraqdar.info-ya iyunun 21-də ƏƏSMN-dən bildirilib.

Qeyd edilib ki, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış xidməti yaradılıb: “Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir”.

Məlumata əsasən hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 88 milyondan çox olub.

Mission News Theme by Compete Themes.