Press "Enter" to skip to content

Taxıl böhranına qarşı Türkiyə təcrübəsi

Millət vəkili Vüqar Bayramov

Son yeniləmə: 20 İyun 2022 13:10

Bayraqdar.info – “Qlobal taxıl böhranı getdikcə daha da dərinləşməkdədir. 2022-ci ilin geridə qalan aylarında taxılın dünya bazarı qiymətində 45 faizə yaxın artım qeydə alınıb. Eyni zamanda artıq taxıl böhranı və taxıl qıtlığı qlobal bazarda daha real şəkildə görünür”.

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

2 milyarddan artıq insanı gözləyən təhlükə

Deputatın sözlərinə görə, vəziyyətin bu həddə çatması təsadüfi deyil: “Çünki Rusiya və Ukrayna qlobal buğda ixracatının 30 faizini formalaşdırırdı və bu, kifayət qədər ciddi bir rəqəm idi. Müharibə nəticəsində Rusiya və Ukraynanın qlobal bazara öz buğda məhsullarını çıxara bilməməsi dünyada buğda ilə təmninatda çətinliklər yaratdı”.

Yeri gəlmişkən, qardaş Türkiyə gələcək illərdə taxıl qıtlığından sığorta olunmaq üçün müəyyən addımlar atıb. Məlumatlara əsasən Türkiyə Kənd Təsərrüfatı Nazirliyi Afrika və Latın Amerikası ölkələri başda olmaqla 10 ölkədə torpaq və fermer təsərrüfatını icarəyə götürəcək. Bəs Azərbaycan da bu təcrübədən yararlana bilərmi?

Bu sualı cavablandıran V.Bayramov deyib ki, Azərbaycan Türkiyənin tətbiq etdiyi praktikadan faydalanmağa çalışır: “Nəzərə almaq laızmdır ki, Azərbaycanla Ukrayna arasında məhz bu istiqamətdə danışıqlar gedirdi. Amma sonradan müharibə Ukrayna torpaqlarının icarəyə götürülməsinə imkan vermədi. Bununla belə müharibə başa çatdıqdan sonra çox güman ki, Azərbaycan Ukrayna ilə bu istiqamətdə əməkdaşlığı davam etdirəcək. Eyni zamanda təbii ki, Türkiyə təcrübəsindən yararlanmaq mümkündür. Bu həm Azərbaycanın taxıla olan tələbinin ödənilməsinə, həm də regiondakı taxıl təklifinə xüsusi töhfə verə bilər”.

Mission News Theme by Compete Themes.