Son yeniləmə: 20 İyun 2022 07:41
Bayraqdar.info – Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da qardaş Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.
Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, S.Qafarova burada “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək.
Məlumata əsasən İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər iyunun 21-də başa çatacaq.