Son yeniləmə: 20 İyun 2022 12:21
Bayraqdar.info – “Birləşmiş Krallığın Kıbrıs probleminin həllində səmimiliyinin şübhə doğurduğunu təəssüflə müşahidə edirik”.
Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Cümhurbaşqanlığının mətbuat üçün açıqlamasında öz əksini tapıb.
KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, açıqlamaya səbəb Britaniya şahzadəsi Edvard və həyat yoldaşı Sofinin adaya səfəri olub. Daha doğrusu Britaniya Ali Komissarlığının şahzədə və nişanlısının səfəri ilə bağlı bəyanatı KKTC-də haqlı narazılığa səbəb olub.
Çünki bəyanatda şahzədənin və nişanlısının iyunun 20-də Güney Kıbrısn rum idarəsinə səfər edəcəyi bildirilib. Bu səfər zamanı şahzədənin adanın rum idarəsinin rəhbəri Nikos Anastasiadis ilə görüşəcəyi, İngiltərə hərbi bazalarında və BMT bufer zonasında danışıqlar aparacağı, o cümlədən adları bildirilməyən “bəzi kıbrıslı türklərlə” bir araya gələcəyi bəyan edilib.
Bu bəyanatdan dərhal sonra KKTC Cümhurbaşqanı Ersin Tatarın göstərişi ilə İngiltərə Ali Komissarlığına şahzadə Edvardın ŞKTC-yə gələrək Kıbrıs türk xalqının seçilmiş Cümhurbaşqanı ilə görüşməsi istənilib. Hətta bu səfərin rəsmi olmaması üçün sosial məqsədli bir ziyarətin ola biləcəyi də KKTC tərəfindən arzu edilib.
Lakin Britaniya tərəfi bu istəyi cavabsız buraxıb. Bu isə KKTC-də haqlı etirazla qarşılanıb. KKTC Cümhurbaşqanlığı bu addımın Böyük Britaniyanın Kıbrıs probleminin həllində səmimiliyini şübhə altına aldığını bəyan edib.