Son yeniləmə: 20 İyun 2022 09:56
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İsrailə səfəri başlayıb.
Bu barədə bayraqdar.info-ya iyunun 20-də Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, səfər İsrailin diaspor işləri üzrə naziri Naxman Şayın dəvəti ilə baş tutub.
Səfər zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrin inişkişafı ilə bağlı müzakirələr aparılacaq, müxtəlif şəhərlərdəki Azərbaycan icmalarının nümayəndələri ilə görüşlər keçiriləcək.