Press "Enter" to skip to content

Güney Kıbrısın PKK sevgisi

Ersin Tatar

Bayraqdar.info – “Bu təlxəklik və qeyri-insani hərəkətdir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Güney Kıbrısda baş verən son hadisəyə münasibət bildirərkən deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, Güney Kıbrısda keçirilən hərbi təlimlərdə Lazaras Mavros adlı jurnalsit də iştirak edib. Bu o Lazarasdır ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan Türkiyə kəşfiyyatı tərəfindən ələ keçirilərkən onun üzərində məhz Lazaras Mavros adına saxta pasport aşkarlanıb.

Bu adamın bu dəfə də Güney Kıbrısda təlimlərdə peyda olması Yunanıstanla yanaşı Güney Kıbrısın da Türkiyəyə qarşı təxribatlarda rol aldığına işarə edir.

Beləliklə bu addımı təlxəklik və qeyri-insanıi addım kimi dəyərləndirən E.Tatar həmçinin Yunanıstanın da Egey adalarında Türkiyəyə qarşı beynəlxalq müqavilələrə zidd addımlar atdığını bildirib. O, Yunanıstanın bu təxribatlarına qarşı lazımi cavab veriləcəyini deyib.

Mission News Theme by Compete Themes.