Son yeniləmə: 20 İyun 2022 13:15
Bayraqdar.info – İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna başlanacaq.
Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq: “Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir”.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.