Press "Enter" to skip to content

Bakıda “Sağlam həyat günü”

“Sağlam həyat günü”tədbirindən

Son yeniləmə: 20 İyun 2022 15:51

Bayraqdar.info – Gənc nəslin sağlam böyüməsi üçün Gənclər və İdman Nazirliyi tərəfidnən çeşidli layihələr həyata keçirilir. Bunlardan biri də “İdman hamı üçün” layihəsidir.

Yeri gəlmişkən sözügedən layihə çərçivəsində “Sağlam həyat günü” təşkil edilib.

Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Konqres Mərkəzinin qarşısında keçirilən tədbirdə bütün yaş kateqoriyalarından sakinlər, xüsusən də uşaq və gənclər iştirak ediblər: “Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir”.

Mission News Theme by Compete Themes.