Press "Enter" to skip to content

Azərbaycan BƏT-in 58 Konvensiyasına qoşulub

Sahil Babayev BƏT-in Layiqli əmək üzrə texniki dəstək qrupu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüşüb

Son yeniləmə: 20 İyun 2022 15:36

Bayraqdar.info – Azərbaycan ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 8 təməledici və 4 prioritet, ümumilikdə 58 Konvensiyasına qoşulub. Ölkəmiz tərəfindən BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının da ratifikasiyası işləri yekunlaşmaq üzrədir.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Layiqli əmək üzrə texniki dəstək qrupu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüşündə bildirib.

Nazirlikdən bayraqdar.info-ya iyunun 20-də verilən məlumata görə, Azərbaycanda əmək, məşğulluq və social müdafiə sahəsində aparılan islahatları qeydedən nazir bu islahatlar prosesində BƏT-lə fəal əməkdaşlıq gündəliyinin olduğunu diqqətə çatdırıb: “O, 2017-2021-ci illər ərzində Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunduğunu qeyd edib. S.Babayev Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının, işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası və s. sahələrdə BƏT-lə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib”.

Məlaumat əsasən nazir Azərbaycanla BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb: “Hazırda “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması ilə bağlı işlərin davam etdirildiyini deyib. Yeni Proqramın prioritetlərinin “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə tam uyğunluq təşkil edəcəyini diqqətə çatdırıb”.

O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını və əlaqələrin, birgə layihələrin daim genişləndirilməsini yüksək dəyərləndirib. Əməkdaşlıq gündəliyinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə BƏT-in yeni Konvensiyasının ratifikasiyası və “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması işlərinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.