Press "Enter" to skip to content

Prezident: Rusiya yolumuzu kəsə bilməz

Vjos Osmani

Son yeniləmə: 18 İyun 2022 12:57

Bayradar.info – Kosovanın Prezidenti Vyosa Osmani Avropa Birliyi ölkələrinə çağırış edib.

Balkan News xəbər verir ki, V.Osmani Quzey Makedoniyanın Ohri şəhərində keçirilən ikinci Prespa Dialoq Forumunda çıxış edib.

“Ukraynadakı müharibədən sonra” başlıqlı paneldə çıxış edən V.Osmani Kosovanın AB-yə üz olmağı haqq etdiyini bildirib. O, Ruisyaya qarşı da etirazını dilə gətirib: “Moskva bizim AB yolumuzu kəsə bilməz. AB-nin iyulda keçiriləcək zirvəsinin Qərbi Balkanlar üçün də faydalı olacağını düşünürəm”.

Prezident ölkəsinin Ukraynanın yanında olduğunu deyib: “AB heç kimə işgəncə verilməsinə icazə verməməlidir”.

Mission News Theme by Compete Themes.