Press "Enter" to skip to content

Qlobal çağırışların öhdəsindən gəlmək üçün qlobal həll yolları

Son yeniləmə: 18 İyun 2022 09:39

Bayraqdar.info – İyunun 17-də ADA Universitetində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru, BMT Baş katibinin müavini xanım Tatyana Valovayanın Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri və ADA Universitetinin tələbələri ilə görüşü baş tutub.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, T.Valovaya görüşdə çıxış edib. “T.Valovaya çıxışında müasir dünyanın qarşılaşdığı çoxsaylı çağırışlar, o cümlədən iqlim dəyişikliyi, COVID-19 pandemiyası nəticəsində daha da kəskinləşən sosial və iqtisadi çağırışlar, qida təhlükəsizliyi, BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində səylərin gücləndirilməsinin vacibliyi barədə danışıb. Qlobal çağırışların öhdəsindən gəlmək üçün qlobal həll yollarının tələb olunduğunu qeyd edən Baş direktor dövlətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatların, akademik dairələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin iştirakı ilə çoxtərəfli sistemin vacibliyinə diqqət çəkib”.

Məlumata əsasən T.Valovaya qlobal çağırışların həlli üzrə müzakirələrdə gənclərin iştirakının vacibliyindən danışarkən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis edildiyini təqdir edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Mission News Theme by Compete Themes.