Press "Enter" to skip to content

Nazir Kəlbəcər və Laçında döyüş mövqelərində – VİDEO

Mudafiə naziri döyüş mövqelərində

Son yeniləmə: 18 İyun 2022 10:59

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.

Bu barədə bayarqdar.info-ya iyunun 18-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib: “Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb. Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub”.

Mission News Theme by Compete Themes.