Bayraqdar.info – Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Darhan Kıdırali ilə görüşüb.
Xəbəri bayraqdar.info-ya iyunun 18-də Nazirliyin Mətbuat xidmətindən veriblər.
C.Bayramov BTA-nın fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycanın Akademiyanın işinə verdiyi töhfəni qeyd edib. Türk xalqlarının ortaq tarixi və coğrafiyası ilə bağlı dərsliklərin hazırlanması, habelə elmi şuraların fəaliyyəti məmnunluqla qeyd edilib. Nazir, Akademiyanın fəaliyyətinə şəxsən D.Kıdırali tərəfindən verilən töhfənin yüksək qiymətləndirildiyini bildirib.
“D.Kıdırali Azərbaycana səfəri çərçivəsində Bakı Qlobal Forumunda iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O, BTA-nın Azərbaycanla bağlı bir sıra layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman dəstəklədiyini söyləyən D.Kıdırali, bu dəstəyin gələcəkdə qurumun fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən əminliyini ifadə edib”, – deyə xəbərdə bildirilir.