Son yeniləmə: 17 İyun 2022 09:03
Bayraqdar.info – İyunun 16-da Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclası keçirilib.
Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi üzrə yekun müzakirə aparılıb: “Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb. “Qiymətləndirmə kitabçaları” nəşr üçün redaksiyaya təqdim edilib”.