Press "Enter" to skip to content

Vergi Məcəlləsində edilən dəyişikliklərin önəmi

Elnur Yusifov

Son yeniləmə: 17 İyun 2022 15:26

Bayraqdar.info – Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 13 may 2022-ci il tarixli qanunu imzalayıb. Qanuna əsasən, 2023-cü il fevralın 1-dən etibarən, yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri 5 il müddətinə vergidən azad edilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elnur Yusifov deyib.

E.Yusifov xatırladıb ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən,yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi.Vergi Məcəlləsində son dəyişikliyə əsasən, yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur: “Bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır”.

Dövlət Vergi Xidmətindən bayraqdar.info-ya iyunun 17-də verilən məlumata görə, E.Yusifov daha sonra deyib: “Eyni zamanda, dəyişikliyə əsasən, istiqraz üzrəödənilən diskont və faiz gəlirləriüzrəödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib qaydada hesablanacaq. Dəyişikliyə qədər istiqraz üzrəödənilən diskont və faiz gəlirləri üzrəödəmə mənbəyində vergi,istiqraza malik olduğu günlərin sayı nəzərə alınmadan, onun son mülkiyyətçisi tərəfindən ödənilirdi”.

Qeyd edilib ki, bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakına və investor bazasının genişləndirilməsinə təkan verəcək.

Mission News Theme by Compete Themes.