Press "Enter" to skip to content

Son dörd iildə 2,3 dəfə artım

Son yeniləmə: 17 İyun 2022 12:49

Bayraqdar.info – Azərbaycanda son 4 ildə aparılan ardıcıl köklü sosial islahatların mühüm bir istiqaməti də əməkhaqlarının artırılması olub.

Bu barədə bayraqdar.info-ya iyunun 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 300 manata çatdırılıb: “Orta aylıq əməkhaqqı 41 faiz artaraq 768 manata, median əməkhaqqı 85 faiz artaraq 410 manata çatıb. Minimum əməkhaqqının və median əməkhaqqının orta aylıq əməkhaqqına nisbətləri müvafiq olaraq 24 faizdən 40 faizə və 41 faizdən 53 faizə yüksəlib”.

Mission News Theme by Compete Themes.