Son yeniləmə: 17 İyun 2022 10:26
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan Özbəkistanın Ticarət-Sənaye Palatasının rəhbəri Davron Vaxabov ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Özbəkistanın işgüzar dairələri arasında əlaqələrin inkişafına qarşılıqlı maraq ifadə olunub: “Görüşdə, birgə tədbirlərin, o cümlədən qarşılıqlı biznes missiyalarının və sektoral dəyirmi masaların təşkilinə, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinə dair məlumat, sahibkarlara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsi barədə müzakirələr aparılıb”.