Press "Enter" to skip to content

Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm

Son yeniləmə: 17 İyun 2022 15:25

Bayraqdar.info – Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 13 may 2022-ci il tarixli qanunu imzalayıb. Dəyişikliyə əsasən, faiz üzrə ödəmələrdən ödəmə mənbəyində verginin tutulmaması mexanizmi faiz gəliri əldə edən bütün hüquqi şəxslərə şamil ediləcək və faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elnur Yusifov deyib.

Dövlət Vergi Xidmətindən bayraqdar.info-ya iyunun 17-də verilən məlumata görə, şöbə rəisi bildirib ki, faiz gəlirini əldə edən bütün hüquqi şəxslərin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi həyata keçiriləcək: “Dəyişikliyə əsasən, yalnız rezident fiziki şəxsə, qeyri-rezident fizikişəxsin Azərbaycan Respublikasındakıdaimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fizikişəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentəödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq”.

O da qeyd edilib ki, bu dəyişikliyə qədər bəzi hallar istisna olmaqla, bütün fiziki və hüquqi şəxslərə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulurdu: “İstisnalara rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident banklara, həmin qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəliklərinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər aid edilirdi”.

Mission News Theme by Compete Themes.